XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

07 Avqust 2016 - 19:43

İstanbulda demokratiya və şəhidlər mitinqi başlayıb –Fotosessiya

D6

Meydanda Türkiyə bayrağı ilə bərabər Azərbaycan bayrağı da dalğalandırılır

Bakı-APA. İstanbuldakı Yeniqapı meydanında milyonlarla insanın qatıldığı demokratiya və şəhidlər mitinqi başlayıb.

APA-nın məlumatına görə, demokratiya və şəhidlər mitinqi Türkiyə Silahlı Qüvvələrinin mehtər bölümünün çıxışı ilə başlayıb.

Mitinq iştirakçılarının sayının 3,5 milyon nəfərə çatdığı ehtimal edilir. Meydanda Türkiyə bayrağı ilə bərabər Azərbaycan bayrağı da dalğalandırılır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Binəli Yıldırım, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, Cümhuriyyət Xalq Partiyasının rəhbəri Kamal Kılıçdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının rəhbəri Dövlət Baxçalı mitinq meydanına gəliblər. Bu, iştirakçılarının sayına görə Türkiyə tarixində ən böyük mitinqdir. Mitinqdə iyulun 15-də dövlət çevrilişinə cəhd zamanı həlak olan şəhidlərin xatirəsi anılacaq, İstiqlal Marşı oxunacaq. Sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Binəli Yıldırım, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, Cümhuriyyət Xalq Partiyasının rəhbəri Kamal Kılıçdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının rəhbəri Dövlət Baxçalı çıxış edəcək, həmrəylik mesajları veriləcək.

Qeyd edək ki, bu gün, İstanbulla yanaşı, Türkiyənin 80 vilayətində də demokratiyaya və dövlətə dəstək mitinqləri keçirilir.

D1

D01

D02