“Türkiyə Silahlı Qüvvələrinə sızmış FETÖ mənsublu xainlər tariximizdə görünməmiş bir şəkildə vətənimizə, millətimizə bu rəzaləti yaşatdı, Silahlı Qüvvələrimizin şan və şərəflə dolu keçmişinə ləkə sürtdülər“.
Bunu Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hülusi Akar İstanbulda keçirilən “Demokratiya və Şəhidlər” mitinqindəki çıxışında səsləndirib.
H.Akar 15 iyul dövlət çevrilişinə cəhddə iştirak edənlərə layiqli cavab verildiyini deyib:
“Bu rəzaləti Türkiyə dövlətinə, keçmişi şan və şərəflə dolu Türkiyə Silahlı Qüvvələrinə və zadəgan millətimizə yaşadan xainlər ən ağır şəkildə cəzalandırılacaqlar. Bundan heç kimin şübhəsi olmasın“.
Axar.az