XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 August 2016 - 09:59

Avro manata nisbətən ucuzlaşıb –Məzənnə

Avro 1

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 5-i ilə müqayisədə 0,2% möhkəmlənərək 1,6005 manat təşkil edib.

Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,13% zəifləyərək 1,7774 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl da 0,83% bahalaşaraq 0,0244 manat səviyyəsinə yüksəlib.

Türkiyə lirəsinin məzənnəsi 0,89% möhkəmlənərək 0,5356 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0943 manatdır. Beləliklə, funt sterlinq 0,22%-lik ucuzlaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,2% artaraq 0,6775 manat təşkil edib.