XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

08 Avqust 2016 - 13:37

Rusiya, İran və Azərbaycan dünyanı terrorizm və narkotik qaçaqmalçılığına qarşımübarizəyə çağırır

3

 Rusiya, İran və Azərbaycan beynəlxalq ictimaiyyəti terrorizm və narkotik qaçaqmalçılığına qarşı apardıqları mübarizəyə qoşulmağa çağırır.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycan, Rusiya və İran prezidentlərinin Bakıda bu gün keçiriləcək üçtərəfli görüşünün yekunlarına dair Bəyannamə layihəsində bildirilir. 

“Tərəflər terrorizm, ekstremizm, sərhədyanı cinayətkarlıq, qeyri-qanuni silah alveri, narkotik qaçaqmalçılığı, insan alveri və İKT sahəsində cinayətkarlığa qarşı mübarizə aparmaq niyyətindədir. Onlar BMT-nin koordinatorluğu ilə beynəlxalq sabitlik və təhlükəsizlik üçün bu çağırışların və təhdidlərin effektiv həlli üçün səylərinə qoşulmağa çağırırlar”, – deyə sənəddə bildirilir.

Bəyannamədə qeyd olunur ki, tərəflər terrorizmin bütün təzahürlərini qətiyyən pisləyir, terrorizmlə effektiv mübarizə üçün tədbirlərin hazırlanması ilə bağlı fikir mübadiləsi məqsədi ilə ikitərəfli və üçtərəfli məsləhətləşmələrin aparılmasının vacibliyini önə çəkirlər.

Tərəflər etiraf edirlər ki, bölgədəki həll olunmamış münaqişələr regional əməkdaşlıq üçün böyük maneədir. Bununla əlaqədar onlar bu münaqişələrin danışıqlar və beynəlxalq hüquq normaları əsasında tezliklə həllinin vacibliyini vurğulayırlar.

Rusiya, Azərbaycan və İran həmçinin biznes, mədəniyyət və turizm sahəsində üçtərəfli əməkdaşlıq formatını inkişaf etdirmək qərarına qəliblər. Onlar üç ölkənin vətəndaşları üçün viza rejiminin sadələşdirilməsinin davam etdirilməsinin vacibliyini qeyd ediblər.