XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

08 Avqust 2016 - 14:16

Financial Times:"Putin-Ərdoğan görüşü Qərbi narahat edir"

PUTİN 41

“Türkiyədə uğursuz dövlət çevrilişi cəhdindən sonra Qərb ölkələrinin liderləri rəsmi Ankarını xarici siyasi kursunu izləməyə başlayıb”.

AzVision.az xəbər verir ki, bu barədə Britaniyanın “Finacial Times” qəzeti yazıb. Məqalədə qeyd olunub ki, Qərb Türkiyənin xarici siyasi kursunun Rusiyaya tərəf yönələcəyindən ehtiyat edir. 

“Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan hərbi çevriliş cəhdindən sonra ilk xarici səfərini müttəfiq NATO ölkələrinə deyil, Rusiyaya edəcək. Bununla da Ərdoğan qərbli həmkarlarına aydın mesaj vermiş olacaq. Qərbdə olduğu kimi Rusiyada da hərbi çevriliş cəhdindən sonra Ərdoğanın hansı yola gedəcəyini anlamağa çalışırlar. Bu fonda onun Sankt-Peterburq səfərinin geosiyasi baxımından çox böyük əhəmiyyəti var”

Məqalədə bildirilir ki, Türkiyənin yüksək vəzifəli şəxsləri qeyri-rəsmi görüşlərdə ABŞ-la Türkiyə arasında möhkəm dostluq əlaqələrini mövcud olduğunu deyirlər: 

“Rəsmi Ankara bununla Vaşinqtonla körpüləri tam yandırmaq istəmir. Eyni zamanda amerikalı rəsmilər Ərdoğanın qərbə təzyiq üçün Rusiyadan istifadə edəcəyindən ehtiyatlanırlar. Digər tərəfdən Türkiyə Qərbə təzyiq göstərmək üçün Suriya məsələsində Moskva ilə yaxınlaşmağa gedə bilər. Ola bilsin ki, Ankara Əsəd rejiminə qarşı münasibətini yumşaltsın amma bunun qarşılığında Ərdoğan Suriya kürdləri ilə bağlı Putinin dəstəyini qazanmağa ümidlidir”.