XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

08 Avqust 2016 - 16:02

Yaxın günlərdə “Açıq Hökumət Platforması”yaradılacaq

Loqo-Aciq-Hokumet

“Yaxın günlərdə vətəndaş cəmiyyəti institutlarının Açıq Hökumət Platforması yaradılacaq. Artıq müzakirələrin  son mərhələsidir.  Yeni koalisiya yaradılacaq.  Hökumət  tərəfdən də Platformada təmsilçilik olacaq”.

Bu barədə "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın (MFP) monitorinqinin nəticələri əsasında hazırlanmış 3-cü hesabatın təqdimatında “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev məlumat verib. O, bildirib ki, Platformada korrupsiyaya qarşı mübarizə, dövlət qurumlarının fəaliyyətində şəffaflıq, hesabatlılığın təmin olunması, informasiya açıqlığı və bənzər sahələrdə ixtisaslaşmış QHT-lər təmsil olunacaq.

Eyni zamanda platformaya üzvlük üçün konkret meyarlar müəyyən ediləcək.  Platforma peşəkar əsaslarla formalaşacaq və siyasi partiyalar, hərəkatlar, qrupların rəhbərlyində təmsil olunan şəxslərin yeni quruma üzvlüyünə məhdudiyyət qoyulacaq. Bu Platformanın müstəqilliyinin təmin olunması, işgüzar mühitin yaradılması və siyasi maraqlar müstəvisindən kənar fəaliyyət göztərməsi üçün zəruridir.

Qeyd edək ki, Azərbaycan Respublikası 2011-ci ildə “Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşəbbüsünə qoşulub.

Hökumət “Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşəbbüsünə qoşulmaqla  “Açıq hökumət”in təşviqi və şəffaflığın artırılması ilə əlaqədar öz fəaliyyətini təkmilləşdirmək, bu sahədə aparılan təcrübə mübadiləsinə töhfə vermək və beynəlxalq səylərə qoşulmaq niyyətini bildirib.

"Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşəbbüsünün tələblərindən biri də hökumət və vətəndaş cəmiyyəti təmsilçilərinin təmsil olunduğu dialoq-əməkdaşlıq platformasının yaradılmasıdır.

Bu məqalə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Tolerantlıq” Sosial Araşdırmalar İB tərəfindən həyata keçirilən ""Açıq Hökumət”in təşviqinə vətəndaş dəstəyi” layihəsi çərçivəsində dərc olunur.

Strateq.az