XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 August 2016 - 16:52

Ərdoğan Rusiya agentliyinə danışdı:"“Türk axını” layihəsinin reallaşmasına hazırıq"

Erdoğan 0065

Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan Rusiyanın TASS agentliyinin baş direktor müavini Mixail Qusmana müsahibəsində bildirib ki, Ankara “Türk axını” layihəsinin reallaşması üçün zəruri addımları atmağa hazırdır: “Biz dərhal bu layihəinin reallaşması istiqamətində addımlar atmağa, müzakirə etməyə və qərar verməyə hazırıq”. 

R.Ərdoğanın sözlərinə görə, indi bunun üçün heç bir əngəl  qalmayıb.

Ərdoğan bildirib ki, Türkiyə ən çox tbii qazı Rusiyadan alır: “2016-cı il iyul ayının sonuna olan məlumata görə, Rusiyadan idxal olunan təbii qazın həcmi 12.5 mlrd kub metr  təşkil edib. Bu göstərir ki, Türkiyə bu sahədə iqtisadi baxımdan necə vacib tərəfdaşdır”.

Türkiyə prezidenti Rusiyanın Su-24 təyyarəsinin pilotu Oleq Peşkovun öldürülməsində təqsirləndirilən Alparsalan Çeliyin istintaqa cəlb edildiyini deyib: “Rusiya pilotunun ölümünə səbəb olan  insan hazırda həbsxanadıdır. Onun barəsində məhkəmə prosesi davam edir. Mən bunu xüsusi qeyd etmək istərdim”.

O, turizm sahəsində Türkiyə-Rusiya əməkdaşlığının davam etdiyini deyib. Qeyd edib ki, turizm hər iki ölkə xalqlarını yaxınlaşdırır. Hazırda turistlərin təhlükəsizliyinin təmin olunması üçün mümkün olan hər şey edilir. Turizm rayonlarında indi heç bir problem yoxdur.

Türkiyə prezidenti fkirincə, Qərb ölkələri Ankaraya qərəzli yanaşır: “Hansısa səbəblərə görə, Qərb anlayışları təhrif edir və Türkiyə dövlətinin dünyəvi xarakterini dəyişməyə cəhd etməsinə işarə vurur. Avropa cəmiyyətində gedən proseslər, türk cəmiyyətində də baş verir”.

Strateq.az