XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 July 2015 - 09:06

İran səfiri: “Azərbaycanın enerji layihələri İran üçün cəlbedicidir”

“İran Azərbaycanla birgə enerji layihələrinin reallaşdırılması barədə danışıqlar aparır”.

“Sputnik” əməkdaşının verdiyi məlumata görə, bu barədə jurnalistlərə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bildirib.

“İran qaz ehtiyatlarına görə dünyada ikinci yeri tutur və bu səbəbdən müxtəlif enerji layihələrinin həyata keçirilməsində maraqlıdır. Bu mənada Azərbaycanın həyata keçirdiyi TAP və TANAP layihələri ölkəmiz üçün cəlbedicidir. Hal-hazırda İranın milli neft şirkəti və SOCAR arasında bu barədə danışıqlar aparılır” — deyə səfir bildirib.

Pakayin əlavə olaraq qeyd edib ki, danışıqları davam etdirmək üçün İranın milli neft şırkətinin vitse-prezidenti Bakıya səfər edəcək.

Səfirin sözlərinə görə, qeyd edilmiş layihələrin 2018-ci ildən sonra işə salınacağı nəzərə alınsa, deməli, daha effektiv qərarların qəbulu üçün xeyli vaxt var.