XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 August 2016 - 21:39

Naxçıvan Ali Məclisinə keçirilən seçkilərlə bağlı –Açıqlama

naxcivan-ali

Avqustun 6-da 45 saylı Aza seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə əlavə seçkilər keçirilib.

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasından bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 7 iyun 2016-cı il tarixli Sərəncamı ilə 45 saylı Aza seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə əlavə seçkilər təyin edildikdən sonra Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq olunmuş “45 saylı Aza seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə əlavə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”na əsasən həm dairə, həm də məntəqə seçki komissiyalarının bütün fəaliyyəti “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununa və həmin plana uyğun təşkil edilib.

“Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 27.1-ci maddəsinə uyğun olaraq seçicilərin orta təmsilçilik norması nəzərə alınmaqla 45 saylı Aza seçki dairəsi təşkil olunub və qanuna müvafiq olaraq seçki gününə 55 gün qalanadək dairə seçki komissiyasının tərkibi püşkatma yolu ilə müəyyən edilib.

Dairə seçki komissiyası fəaliyyətə başladıqdan sonra qanunun 32-ci və 33-cü maddələrinə müvafiq olaraq əhatələrinə daxil olan ərazilərdə seçicilərin sayını və onların rahat səsvermələrinin təmin olunmasını nəzərə alaraq seçki gününə 35 gün qalanadək 14 seçki məntəqəsi, 30 gün qalanadək isə hər biri 5 nəfərdən ibarət olmaqla məntəqə seçki komissiyalarının tərkiblərinin formalaşdırılması başa çatdırılıb.

Mərkəzi Seçki Komissiyası tərəfindən dairə və məntəqə seçki komissiyaları üzvlərinin maarifləndirilməsi məqsədilə seminar-müşavirələr keçirilib, onlara hüquqi, metodiki, texniki-təşkilatı köməklik göstərilib, seçici siyahıları, seçki bülletenləri və digər lazım olan sənədlərin vaxtında hazırlanıb müvafiq seçki komissiyalarına çatdırılması təmin edilib.

Seçki prosesində ilkin mərhələ kimi qeyd olunan seçici siyahılarının dəqiqləşdirilməsi prosesi 45 saylı Aza seçki dairəsi və onu əhatə edən 14 mülki və 2 qapalı seçki məntəqəsi üzrə müvəffəqiyyətlə aparılaraq başa çatdırılıb və seçici siyahısı təsdiq edilib. Siyahıya əsasən 45 saylı Aza seçki dairəsi üzrə seçicilərin sayı 6 min 49 nəfər olub.

45 saylı Aza seçki dairəsindən Ali Məclisə seçkilər üzrə namizədliklərin irəli sürülməsi kampaniyası da uğurla həyata keçirilib. Bu proses zamanı vətəndaşlar tərəfindən nə dairə seçki komissiyasına, nə də Mərkəzi Seçki Komissiyasına heç bir şikayət daxil olmayıb, bu seçki hərəkətləri nöqsansız yerinə yetirilib.

45 saylı Aza seçki dairəsindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər üzrə namizədliyini irəli sürmək istəyən 3 nəfər seçki komissiyasına tələb olunan sənədləri təqdim edərək imza vərəqələri götürüb, onların hər üçü qanunla müəyyən olunmuş müddətdə imza vərəqələrini və onlara əlavə olunan digər sənədləri dairə seçki komissiyasına təqdim edərək namizədlikləri qeydə alınıb.

Onlardan partiya mənsubiyyətinə görə 1 nəfəri bitərəf, 2 nəfəri isə Yeni Azərbaycan Partiyasının üzvüdür.

Səsvermə prosesinin sonu, yəni saat 19.00-a olan məlumata əsasən 45 saylı Aza seçki dairəsi üzrə 6 min 49 seçicidən 4 min 828-i seçkidə iştirak edib. Bu səsvermə prosesində seçicilərin fəallığının göstəricisidir.

Verilən məlumata əsasən 45 saylı Aza seçki dairəsini əhatə edən 16 seçki məntəqəsinin hamısında seçki baş tutmuş hesab edilib.