XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

09 Avqust 2016 - 11:47

Wall Street Journal:"Ərdoğanın səfəri Türkiyə üçün yerinə düşdü"

erdogan

Türkiyə-Rusiya münasibətləri və hər iki ölkə prezidentinin bu gün Sankt-Peterburq sammitində nəzərdə tutulan görüşü bütün dünyanın diqqət mərkəzindədir. Qərb mətbuatı da bu mövzuya diqqət yetirməkdə davam edir.  ABŞ-ın nüfuzlu Wall Street Journal nəşri  Ərdoğanın Rusiya səfərinin onun üçün necə əhəmiyyətli olduğunu şərh edib.

Wall Street Journal qeyd edir ki, “Ərdoğanı ilk növbədə ölkədə iqtisadi vəziyyətin pisləşməsi narahat edir. Bu turizm sektorunun  böhranı və investorların etimadının itirilməsindən irəli gəlir.

Türkiyə rəsmiləri ümid edirlər ki, səfər və danışıqlar zamanı yalnız geosiyası məsələlər yox, tcarət-iqtisadi əlaqələrin inkişafı ilə bağlı da müzakirələr aparılacaq.

Ankara və Moskva arasında münasibətlərin normallaşması ABŞ və Avropa İttifaqı ilə münasibətlərin kəskinləşməsi fonunda Türkiyə üçün çox yerinə düşüb.  Qərb ölkələri 15 iyul dövlət çevrilişinə cəhddə günahlandırılan şəxslərə qarşı addımlara sərt reaksiya verdi.

Ərdoğanın Rusiya səfəri isə Ankarının Qərbin bu münasibətindən narazı olduğunu nümayiş etdirir.

İstanbuldakı  xarici siyasət məsələləri üzrə analitik mərkəzin –"Edam"-ın sədri Sinan Ulgen hesab edir ki, “Türkiyə doğurdan da Qərbə qarşı gedə bilər. Türkiyə Rusiya ilə münasibətləri normallaşdırmağa və sonra onunla yaxınlaşmağa nail ola bilər””.

Strateq.az