XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

09 Avqust 2016 - 15:32

Respublikaçı keçmiş məmurlar:"Tramp təhlükəli prezident olacaq"

tramp

Respublikaçılardan 50 milli təhlükəsizlik məmuru bildirib ki, partiyadan prezidentliyə namizəd Donald Trampda “prezidentliyə gərəkən xarakter, dəyərlər və təcrübə yoxdur”. Onlar avqustun 8-də “The New York Times” qəzetində dərc olunmuş bəyanatda qeyd ediblər ki, Trampın “təhlükəli prezident olacağına, ölkənin milli təhlükəsizliyini və rifahını riskə atacağına inanırlar”.

Bu qrupa keçmiş daxili təhlükəsizlik rəhbərləri, kəşfiyyat direktorları, prezident müşavirləri daxildir.

Onlar demokratların namizədi Hillari Klintona səs verəcəklərini də deməyiblər, onunla bağlı “şübhələri” olduğunu vurğulayırlar. Amma aydın şəkildə bildirirlər ki, “heç birimiz Donald Trampa səs verməyəcəyik. O, həqiqəti yalandan ayıra bilmir, yaxud ayırmaq istəmir”, yazan qrup qeyd edir ki, Trampı prezidentliyə uyğunsuz edən bir sıra “təhlükəli keyfiyyətləri var”.

azadliq.info