XƏBƏR LENTİ

16 Avqust 2020
15 Avqust 2020

Digər Xəbərlər

09 Avqust 2016 - 16:52

Ərdoğan:"Rusiya və Türkiyə əməkdaşlığı region problemlərinin həllidir"

Putin 4

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putin ilə görüşdə bəyan edib ki, Rusiya ilə əməkdaşlığın genişləndirilməsinə ümid edir. 

Moderator.az xəbər verir ki, bu barədə Gazeta.ru məlumat yayıb. 

“Türkiyə-Rusiya münasibətləri müsbət axara düşüb. Belə məqsədlərə çatmaq prosesi sizə və mənə məlumdur. Mən əminəm ki, keçirəcəyimiz danışıqlardan sonra daha da genişləndirilmiş proseslərə başlayacağıq”, – Ərdoğan deyib. 

“Rusiya və Türkiyənin əməkdaşlığı regiondakı bir çox problemin həllinə öz töhfəsini verəcək”.

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sankt-Peterburqda rusiyalı həmkarı Vladimir Putinlə görüşdə bildirib.

Ərdoğan dövlət çevirilişi cəhdindən sonra Rusiya prezidenti V.Putinin telefon zənginə şad olduğunu vurğulayıb.