XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

09 Avqust 2016 - 21:30

Rusiya “Türk axını” ilə bağlışərtlərini açıqladı

turkaxini.jpg

Avropa İttifaqı və Avropa Komissiyasının razılığı olmadan "Türk axını" layihəsi çərçivəsində yalnız bir boru xəttinin çəkilməsindən söhbət gedə bilər. Bu barədə Rusiya energrtika naziri Aleksandr Novak "Rusiya 24" kanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, layihə çərçivəsində ikinci boru xəttinin çəkilməsi üçün Rusiya üçün Avropa İttifaqı və Avropa Komissiyasının təminatları zəruridir. Rusiya əmin olmalıdır ki, bu infrastruktura tələbat olacaq.

Novak deyib ki, Rusiya, Türkiyə və Avropa İttifaqı "Türk axını" layihəsində maraqlıdır. Bundan sonra əsas məsələ texniki detalları razılaşdırmaqdır.  Bütün maraqlı tərəflərdə əminlik olmalıdır ki, infrastuktur tələb olunacaq.

Nazir ehtimal edib ki,  "Türk axını" ilə bağlı dövlətlərarası saziş artıq oktyabrda bağlana biər. Bundan sonra layihənin reallaşdırılması ilə bağlı konkret addımlar atılacaq.  Layhə çərçivəsində ilk boru xəttini isə 2019-cü ilin ikinci yarısında istifadəyə vermək olar.

Strateq.az