Nümayəndə heyətlərinin iştirakı ilə aparılan Moskva-Ankara danışıqlarında Rusiya təyyarəsinin vurulmasına görə kompensasiya ödənilməsi məsələsi müzakirə olunmayıb. Bu barədə Rusiyanın iqtisadiyyat naziri Aleksey Ulyukayev məlumat verib. Onun sözlərinə görə, iştirak etdiyi geniş tərkibdə keçirilən danışıqlarda bu məsələ qaldırılmayıb. Bu barədə TASS məlumat yayıb.
Agentlik xatırladır ki, 2015-ci il noyabrın 24-də Türkiyə-Suriya sərhəddində Rusiyanın Su-24 bombardımançı təyyarəsi türk hərbi hava qüvvələri tərəfindən vurulub. Bu il iyun ayında Türkiyə prezidenti Rusiya təyyarəsinin vurulmasına və pilotun ölməsinə görə üzr istəyib. Artıq təyyarənin vurulmasına görə Türkiyədə iki nəfər həbs edilib.
Strateq.az