XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

09 Avqust 2016 - 22:09

İrəvan silah-sursat almaq üçünkredit sazişini Moskva ilə razılaşdırıb

silah esas

 Ermənistan tərəfi Rusiyanın İrəvana silah-sursat almaq üçün 200 mln. dollar həcmində  hərbi ixrac kreditinin ayrılmasına dair sazişləri, demək olar ki, tamamilə razılaşdırıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın müdafiə naziri Seyran Ohanyan bildirib.    

“Müqavilələr, demək olar ki, tamamilə razılaşdırılıb, dövlətdaxili prosedurlar başa çatıb”, –  deyə Ohanyan bildirib.  Onun sözlərinə görə, silah və hərbi texnikanın tədarükü daha əllər əldə olunan sazişlər çərçivəsində həyata keçirilir: “Lakin, bu məsələlərdə müəyyən dərəcədə məxfilik var”.  

“Bizim xalqımız tamamilə rahat ola bilər. Biz, xüsusən də, müasir silah vasitələrinə qarşı  mübarizə məqsədilə informasiya texnologiyaları sahəsi ilə də əməkdaşlıq edirik”, – deyə ermənistanlı nazir əlavə edib.  

Qeyd edək ki,  Rusiyanın İrəvana silah-sursat almaq üçün 200 mln. dollar həcmində  hərbi ixrac kreditinin ayrılmasına dair saziş 2015-ci ildə imzalanıb.