XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 August 2016 - 15:11

“ASAN peşə”layihəsinə başlanılır

asan xidmet

2016-2017-ci tədris ili üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu “ASAN peşə” layihəsi çərçivəsində həyata keçiriləcək.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bu qurum ilə “ASAN xidmət” arasındakı əməkdaşlıq çərçivəsində hazırlanan “ASAN peşə” layihəsi, ilk növbədə pilot olaraq Bakı və Gəncə şəhərlərində reallaşdırılacaq.

İlk peşə-ixtisas təhsili almaq istəyənlərin qeydiyyatı avqustun 11-dən etibarən Bakı və Gəncədə fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində aparılacaq. Nəticələr avqustun 26-da elan olunacaq.

“ASAN peşə” layihəsi vətəndaşların rahatlığının təmin olunması, Təhsil Nazirliyi-“ASAN xidmət” əməkdaşlığının səmərəliliyinin artırılması və ilk peşə-ixtisas təhsili müəssisələrinə şagirdlərin qəbulu prosesində subyektiv amillərin aradan qaldırılması məqsədlərinə xidmət edir.

Xatırladaq ki, 2015-2016-cı tədris ilində Bakı şəhərindəki 27 ilk peşə-ixtisas təhsili müəssisəsinə 4 min 411 şagird, Gəncə şəhərindəki 6 ilk peşə-ixtisas təhsili müəssisəsinə 680 şagird qəbul olunub.