XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

10 Avqust 2016 - 15:21

Vergi islahatları qiymətlərə necə təsir edəcək? –Nazirlikdən açıqlama

Vergiler Nazirliyi

“ƏDV-nin ticarət əlavəsindən hesablanması qiymətlərin aşağı düşməsilə nəticələnməlidir”.

“Marja”nın məlumatına görə, bu barədə çərşənbə günü Vergilər Nazirliyində keçirilmiş mətbuat konfransında bildirilib.

“Son zamanlar bəzi iqtisadçılar televiziya kanallarında çıxış edirlər ki, ƏDV-nin diferensiallaşdırılması və ya ƏDV-nin ticarət əlavəsindən hesablanması nəticəsində əvvəllər ödənilən vergi sahibkarların sərəncamında qalacaq və onların maliyyə vəziyyəti yaxşılaşacaq. ƏDV son istehlakçıdan alınan istehlak vergisidir. ƏDV-nin sahibkarlıq fəaliyyətinə bir o qədər də təsiri yoxdur. ƏDV-nin ticarət əlavəsindən hesablanması qiymətlərin aşağı düşməsilə nəticələnməlidir. Qiymətlərin aşağı salınması da son nəticədə sahibkarın dövriyyəsinin artması ilə nəticələnəcək və bu da onun mənfəətinin artmasına müsbət təsir göstərəcəkdir. Ona görə də pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan şəxslər ƏDV-dən azad olunan mallar və ƏDV ödənilməklə alınmış malların hər birinin uçotunu ayrı-ayrılıqda aparmaldır. Əgər uçotu aparılmırsa və ya qarışıq aparırsa bu zaman ümumi dövriyyəyə ƏDV tətbiq olunacaq. Buna görə ƏDV-nin ticarət əlavəsindən hasablanması sosial xarakterlidir. ƏDV ödənilmədən alınmış malların pərakəndə qaydada satışı qiymətlərin aşağı düşməsilə nəticələnməlidir. Bütün hallarda qiymətlərə yenidən baxılmalıdır”,- vergilər nazirliyinin rəsmisi bildirib.