“Neft Rusiya üçün həyati əhəmiyyət daşıdığına görə İran üzərindən sanksiyaların götürülməsi ona ağır itkilər hesabına başa gələcək”.
Strateq.az axar.az-a istinadla xəbər verir ki, bu açıqlama ilə Ukraynanın keçmiş xarici işlər naziri Vladimir Oqrızko çıxış edib.
Onun sözlərinə görə, hazırda İranla bağlı məsələ əsasən Səudiyyə Ərəbistanı, İsrail və Rusiyanı narahat edir: “İsrail buna qarşı üsyan etməyə başlayıb. Səudiyyə Ərəbistanı isə İranı bütün Yaxın Şərq üçün problem kimi görür və Tehranın regionda hegemoniyasını bərpa etməyə çalışdığını bildirir. Sanksiyaların götürülməsinin ən böyük ziyanı Rusiyaya olacaq. Sanksiyalar zəifləyən kimi, İran dərhal dünya bazarına neft ötürəcək ki, bu da qiymətlərin bundan sonra da düşməsinə səbəb olacaq. Nəticədə Moskva böyük iqtisadi problemlərlə üz-üzə qalacaq”.