XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 August 2016 - 10:37

Robert Fisk:Çevriliş xəbərini Ərdoğana Rusiya və İran verib

darbe 004

 

Türkiyədə uğursuz 15 iyul çevrilişinin yeni detalları məlum olur. İddiaya görə, çevriliş cəhdi xəbərini Ərdoğana Rusiya və İran verib.

Strateq.az bildirir ki, bu iddianı “İndependent” qəzetinin təcrübəli Yaxın şərq müxbiri Robert Fisk ortaya atıb.

Jurnalistin əldə etdiyi məlumata əsasən, Suriyadakı rus hərbçiləri radio-dalğalarda Türk ordusunun çevrilişə hazırlaşdığını tutublar. Dinləmələrdə əldə edilən məlumatlar Putinin özəl mesajı ilə Ərdoğana ötürülüb. İranın bu işdə hansı rol oynadığı isə bildirilmir.

15 iyul hadisələrində bir sıra müəmmalı məqamlar hərbi çevriliş haqqında məlumatların qəsdən Rusiyaya sızdırılması ehtimalını da ağla gətirir. Belə müəmmalı məqamların başında isə əsl hədəfin kim olması ilə bağlı şübhələrdir. Nədən ki, çevrilişçilərin hədəfi həqiqətən də Ərdoğanı sıradan çıxarmaq olsaydı, bunun üçün bir neçə dəfə münbit şəraitin yarandığını qiyamçıların etirafı da təsdiqləyir. Hər dəfə hansısa təsadüfün onu xilas etməsi isə az inandırıcı görünür.

15 iyuldan sonra Türk ordusunda aparılan təmizlik əməliyyatı,  xeyli general və yüksək rütbəli zabitin cəzalandırılması, ən əsası isə TSQ-nin bacarıqsızlığı imicinin yaradılması qardaş ölkədə gözü olan bütün rəqiblərin ortaq maraqlarına xidmət edir. Mümkündür ki, bu maraqlar uğursuz hərbi çevriliş ssenarisinin ortaya atılmasını şərtləndirsin. Ehtimal olunan bu ssenarinin tələbləri istiqamətində rəqiblərin biri ordudakı qüvvələri hərəkətə gətirə, digəri isə bu barədə məlumatı Türk hökumətinə sızdıra bilər.

Bir-birinə nə qədər rəqib kimi görünsələr də Rusiya ilə ABŞ-ı Türkiyənin yerləşdiyi coğrafiyada eyni hədəf birləşdirir: qardaş ölkənin şimal sərhədlərində Türkiyənin də ərazi bütövlüyünü təhdid edən separatçı kürd dövləti yaratmaq. Bu hədəfə isə bu vaxta qədər TSQ mane ola bilərdi. İndisə öz xalqı tərəfindən qolu-qanadı sındırılan bu ordunun başı daxili hesablaşmalara qarışıb…

Heydər

Strateq.az