“15 İyul çevriliş cəhdi ən çox Rusiyaya yaradı. Əgər Türkiyənin Qərb ilə əlaqələri pisləşərsə, Kreml daha çox xoşbəxt olacaq. Beləcə iki tərəfi də bir-birinə qarşı istifadə edəcək – ya Qərbə qarşı Ərdoğanı qucaqlayacaq, ya da tamamilə əksinə siyasət yürüdəcək".
Strateq.az xəbər verir ki, bu fikirləri rusiyalı ekspert Lilya Şevtsova “Financial Times” üçün yazdığı məqaləsində qeyd edib.
Dünyaca məşhur düşüncə quruluşu “Brookings İnstitutions”-un nümayəndələrindən olan Şevtsova sözügedən arqumentə əsaslanaraq qeyd edir ki, Türkiyədə yaşanan təmizlik prosesi Putinin ölkə içində və beynəlxalq sahədə manevr sahəsini genişləndirib. Ekspertin fikrincə, buna baxmayaraq, Türkiyənin Qərbdən qopub Şərqə yönəlməsi də, Rusiya ilə Türkiyə arasındakı qarşılıqlı etimada söykənən ittifaq qurulması da mümkün deyil: "Türkiyənin Şərqə yaxınlaşması xəyalları nə qədər doğrudur? Bunlar bir çox baxımdan sadəlövh ümidlərdir. Birincisi, avtoritar rejimlər heç bir zaman davamlı dostluqlar qura bilməzlər. İkincisi, işğalçılıq niyyətləri olan qonşu ölkələr əvvəl-axır pozuluşacaqlar.
Əgər Türkiyə Qərbdən uzaqlaşarsa, Avrasiyadakı maraqları Moskvanın təsir dairəsiylə toqquşacaq. Elədirsə, Türkiyə niyə NATO-dan ayrılıb, ehtiraslı və tələsik şəkildə İran və Rusiya ilə qarşı-qarşıya gəlmək istəsin?"
Yazara görə, əgər Qərb, Ərdoğanın sərhədsiz bir hakimiyyət qurmaq səyləriylə əlaqədar heç bir şey etməməyə qərar verərsə, bu, Qərbin ikiyüzlülüyünə dair Moskvanın tənqidlərini doğruldacaq və Qərbdə Rusiyayla yaxınlaşmaq istəyənlərin əlini güçləndirəcək.
Şevtsova Türkiyə-Qərb münasibətlərinin pisləşməsinin Rusiyanın xeyrinə olduğu barədə ikinci bir versiya da irəli sürüb: “Böyük ehtimalla, hər iki ölkənin lideri Qərblə münasibətlərini tənzimləmək üçün bir-birindən qurbanlıq kimi istifadə etməyə çalışacaqlar. Putin də, Ərdoğan da Qərblə müzakirə mövqelərini gücləndirmək üçün biriləriylə "eşqbazlıq" etmək niyyətindədirlər. Amma bir-birinə heç vaxt güvənməyəcəklər. Bu güvənsizlik isə Türkiyənin hər zaman keşməkeşli bir əlaqəyə sahib olmasından yox, avtoritar liderlərin bir-birinə etibarsızlığı və xarici düşmənlərə qarşı şübhə ilə baxmalarından qaynaqlanacaq”.
Strateq.az