XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

11 Avqust 2016 - 11:50

İsti hava ilə bağlı epilepsiyaxəstələrinə xəbərdarlıq

hava 40

"Hazırda yay fəsli ilə əlaqədar havanın temperaturunun yüksək olması epilepsiya xəstələrində tutmaların sayının artmasına səbəb olub".

Bunu "Report"a nevroloq Rəna Əmirova deyib.

O bildirib ki, günəş aktivliyinin çox olması tutmaları artıran faktor olub, beynin funksional vəziyyətinin dəyişilməsinə və kompensator imkanlarının azalmasına yol açır: "Havanın temperaturunun yüksək olması, həmçinin orqanizmdəki metabolik proseslərin pozulmasına səbəb olur ki, bu da epilepsiya əleyhinə olan preparatların effektinin azalmasına gətirib çıxarır. Müşahidələr göstərir ki, isti və rütubətli iqlimi olan ölkələrdə yaşayan insanlarda bu xəstəliyə daha çox rast gəlinir. Günəş şüalarının daha aktiv olduğu vaxtlarda birbaşa gün şüaları altında olduqda, qoruyucu vasitələr olan gün eynəkləri və baş örtüklərindən istifadə etmədikdə tutmalar təkrarlanır. Məhz bu səbəbdən xəstələr infraqırmızı şüaların daha aktiv olduğu vaxtlarda, əsasən saat 11-dən 17:00 qədər günəş şüaları altında qalmamalı, günvurma hallarının olmaması üçün dənizdə olarkən kölgəyə çəkilməli, gün eynəkləri, baş örtüklərindən istifadə etməli, ən əsası da epilepsiya əleyhinə dərmanlarını vaxtında qəbul etməlidirlər".

R.Əmirova onu da qeyd edib ki, epilepsiya müxtəlif səbəblərdən yaranan və tutmalarla müşayiət olunan baş beynin xroniki xəstəliyidir. Epilepsiya xəstəliyi müxtəlif səbəblərdən yarandığı kimi, tutmaları təhrik edən faktorlar da müxtəlifdir. Bunlara yuxu rejiminin pozulması, az yatmaq, çox isti hava, günvurma, alkoqol qəbulu, stress, ac qalmaq və s. aiddir.