XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 August 2016 - 11:59

Türkiyə prezidenti:"Putin bunu birinci dəfə eşitdiyini dedi"

Erdoğan 0065

"PYD/YPG mövzusunda Putin bizimlə razılaşır".  

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sankt-Peterburq səfəri barədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, Putinlə görüş zamanı PYD-nin Moskva filialının açılması barədə fikir mübadiləsi apardıqlarını deyib:

“PYD/YPG mövzusunda Putin bizimlə razılaşır. Biz onların Moskvada ofis açma məsələsini gündəmə gətirdik. Onların adi bir təşkilat olduğunu dedilər. Hörmətli Putin ən azından mövzudan xəbərdar oldu. Bunu ilk dəfə bizdən eşitdiyini dedi. Əlimizdə şəkillər var idi, göstərdik. Mövzunu yaxından izləyəcəklərini dedilər”.