XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

11 Avqust 2016 - 12:41

Bu gün Rio-16 Yay Olimpiya Oyunlarındaaltı idmançımız mübarizə aparacaq

Rio-acilish

XXXI Yay Olimpiya Oyunlarının altıncı günündə – avqustun 11-də Azərbaycanın altı atleti idmanın üç növü üzrə mübarizə aparacaq.

AZƏRTAC xəbər verir ki, əvvəlcə 100 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz Elmar Qasımov tatami üzərinə çıxacaq. E.Qasımovun 1/16 finaldakı rəqibi rusiyalı Avropa, dünya və Olimpiya çempionu Tahir Xaybulayev olacaq. Görüş Bakı vaxtı ilə saat 17:14-də başlanacaq.

Saat 20:00-da akademik avarçəkənlərimiz növbəti sınağa çıxacaqlar. Aleksandr Aleksandrov – Boris Yotov tandemi ikinəfərlik qoşa avarlı qayıqla 2000 metr məsafəyə B finalı (7 – 12-ci yerlər) yürüşünə qatılacaq. Onların rəqibləri serbiyalı Marko Maryanoviç – Andriya Slyukiç, almaniyalı Marsel Hakker – Ştefan Krüger, yeni zelandiyalı Robert Menson – Kristofer Harris, avstraliyalı Devid Uotts – Kristofer Morqan və bolqarıstanlı Georgi Bojilov – Kristian Vasilev cütlükləri olacaq.

Saat 00:30-dan etibarən isə Azərbaycanın dörd boksçusu rinqə çıxacaq. İlk döyüşdə dünya çempionu Cavid Çələbiyev (56 kq) 1/16 finalda qazaxıstanlı rəqibi Kayrat Yeraliyevlə üz-üzə gələcək. Qalib boksçu növbəti mərhələdə özbəkistanlı Murodjon Axmadaliyevə rəqib olacaq.

Saat 00:45-də digər təmsilçimiz Lorenso Sotomayor (64 kq) 1/16 finalda ukraynalı Vladimir Matviyçuk ilə qarşılaşacaq. Bu görüşün qalibi növbəti mərhələdə Jonas Junias Jonas (Namibiya) – Hassan Amzil (Fransa) döyüşünün qalibi ilə rinqə çıxacaq.

Saat 01:30-da isə Pərviz Bağırov (69 kq) səkkizdəbir final görüşündə fransalı Süleyman Diop Sissoko ilə üz-üzə gələcək.

Saat 02:30-da Azərbaycan yığmasının bayraqdarı Teymur Məmmədov (81 kq) Olimpiya Oyunlarında ikinci görüşünə çıxacaq. Onun səkkizdəbir finaldakı rəqibi hollandiyalı Peter Müllenberq olacaq.