Bu gün Bakıda bir sıra bank dollar satışını dayandırıblar. Bir çox bank isə 500 dollardan çox mübadilə etmir. Strateq.az-ın bank filallarına müraciət edən əməkdaşına bu məhdudiyyətin tətbiq olunması müraciət edənlərin sayının çox olması ilə izah olunub. Bankların əməkdaşları bildiblər ki, bu addım bütün müştərilərin təmin olunması üçün atılıb. Banklar çalışır ki, dollar resursları proporsonal istifadə olunsun. Dollara təlabatın artması ABŞ valyutasının son günlər davamlı bahalaşması ilə əlaqələndirilir. Bank əməkdaşları qeyd ediblər ki, əhalidə dolların bahalaşmasının davam edəcəyi ilə bağlı gözləntilər ABŞ valyutasına tələbatı artırır.
Bankların əksəriyyəti dolların satışını 1.67 kursu ilə həyata keçiriblər. Yalnız “Bank of Baku” filalı istənilən miqdarda dollar satışının həyata keçirildiyini bildirib.
Xatırldaq ki, Mərkəzi Bank bu gün üçün dolların rəsmi kursunu 1.6062 AZN müəyyən edib.
Strateq.az 01 avqustdan etibarən ABŞ dollarının məzənəsinin necə dəyişdiyini təqdim edir:
01.08.2016 |
1.5851 |
02.08.2016 |
1.5883 |
03.08.2016 |
1.5915 |
04.08.2016 |
1.5947 |
05.08.2016 |
1.5980 |
08.08.2016 |
1.6005 |
09.08.2016 |
1.6005 |
10.08.2016 |
1.6040 |
11.08.2016 |
1.6062 |
Strateq.az