XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

11 Avqust 2016 - 16:26

Prezidentdən əmr:ordu tam döyüş hazırlığına gətirildi

poroshenko-300x150

Ukrayna prezidenti Krımla sərhəddə və Donbasla bütün təmas xəttindəki orduların tam döyüş hazırlığı vəziyyətinə gətirilməsi haqqında əmr verib.

Bu haqda məlumat Ukrayna Prezidenti Pyotr Poroşenkonun Tvitter hesabından yayılıb.

Qeyd edək ki, dünən Rusiya Federal Təhlükəsizlik Xidməti Krımda terror törədilməsinin qarşısını aldığını bəyan edib. FTX bu terroru ukraynalı diversantların törətdiyini bildirib. Rusiya Prezidenti Vladimir Putin isə Ukraynanı terrorizmdə günahlandırıb.

Ukrayna bu ittihamların heç birini qəbul etməyib. Bəzi ukraynalı siyasətçilər bunu FTX-nın provokasiyası adlandırıblar. 

Axar.az