XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

11 Avqust 2016 - 17:43

Cüdoçumuz “Rio-2016”daOlimpiya çempionunu məğlub edib

Elmar-Qasimov-Cudo

Rio-de-Janeyrodakı XXXI Yay Olimpiya Oyunlarının altıncı günündə – avqustun 11-də mübarizəyə qoşulan Azərbaycan cüdoçusu Elmar Qasımovun çıxışı uğurlu olub.

AZƏRTAC xəbər verir ki, turnirdə 100 kiloqram çəki dərəcəsində yarışan cüdoçumuz Elmar Qasımov 1/16 final mərhələsində Rusiya təmsilçisi, Avropa, dünya və Olimpiya çempionu Tahir Xaybulayev ilə üz-üzə gəlib. Rəqibini məğlub edən Elmar Qasımov səkkizdəbir final mərhələsinə yüksəlib.

Cüdoçularımızdan Rüstəm Orucov (73 kq) avqustun 8-də keçirilmiş yarışda Rio Olimpiadasında Azərbaycana ilk gümüş medalı qazandırmışdı.

Cüdoçumuzun növbəti mərhələdəki rəqibi müəyyənləşib. Tbilisi Qran-pri yarışının qalibi Elmar Qasımov səkkizdəbir finalda Lyes Bouyakoub (Əlcəzair) ilə qarşılaşacaq.