"Biz, şübhəli şəxsləri geri vermək sazişləri çərçivəsində üzərimizə düşən qanuni öhdəliklərə görə hərəkət edirik və bu, Türkiyəylə olan dərin və qalıcı müttəfiqliyimizlə tamamilə ayrı-ayrı şeylərdir”.
Strateq.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Elizabet Trudeau bildirib.
Sözçü, Ərdoğanın “ya Türkiyə, ya Fəthullah Gülən” sözlərini şərh edərkən, onu da vurğulayıb ki, ABŞ belə bir alternativ qarşısında kimisə seçmək məcburiyyətində deyil.