XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

16 İyul 2015 - 10:46

Rus mediasından sensasion iddia – İrana qarşı bütün sanksiyalar 10 ilə ləğv ediləcək

İranın nüvə proqramına dair Vyanada əldə edilən anlaşma ilə bağlı şok detal üzə çıxıb.

Strateq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının dünən müzakirə etdiyi qətnamə layihəsində İrana qarşı bütün sanksiyaların 10 il sonra tam aradan qaldırılacağı bildirilir.

Belə ki, «altılıq» ölkələri (ABŞ, Almaniya, Fransa, Britaniya, çin Rusiya) rəsmi Tehrana bütün sanksiyaları yalnız on il sonra ləğv etməyə söz veriblər. O da bir şərtlə ki, bu müddət ərzində İran razılaşmanın hər hansı maddəsini pozmasın.

Sənəddə o da qeyd olunur ki, İranda 30-dan artıq şəxsin üzərindən nüvə proqramı ilə bağlı tətbiq edilmiş maliyyə sanksiyaları götürüləcək.

Qətnamə layihəsində İrana qarşı sanksiyaların bərpası mexanizmi də göstərilib. Razılaşmanın pozulacağı təqdirdə, BMT Təhlükəsizlik Şurası «altılıq» ölkələrindən istənilən birinin təklifi əsasında məsələyə yenidən baxaraq İrana qarşı sanksiyaların bərpasına dair qərar qəbul edəcək. Qərarın qəbulundan 30 gün sonra sanksiyalar bərpa edilmiş sayılacaq.

Qeyd edək ki, qətnamə layihəsi bu gün ekspertlər səviyyəsində müzakirə olunandan sonra səsverməyə çıxarılacaq.