XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

12 Avqust 2016 - 14:20

Putin Prezident Administrasiyasınınrəhbərini işdən çıxardı

 

ivanov-16

Sergey İvanov Rusiya prezidenti administrasiyasının rəhbəri vəzifəsindən azad edilib.

RİA Novosti agentliyinin məlumatıa görə, Rusiya prezidenti bu barədə sərəncam imzalayıb.

Digər sərəncamla S. İvanov prezidentin təbiətin mühafizəsi fəaliyyəti, ekologiya və nəqliyyat məsələləri üzrə xüsusi nümayəndəsi təyin edilib.

Qeyd edək ki, S. İvanov 2012-ci ildən Kreml administrasiyasının rəhbəri olub. 

Onun yerinə müavini işləmiş Anton Vayno təyin olunub.

Kremlin açılqamasında qeyd edilir ki, S.İvanov öz xahişi ilə başqa vəzifəyə keçirilib, müavinini isə öz əvvəlki postuna təyin olunmasını tövsiyyə edib.

Yeni vəzifədə S.İvanov Təhlükəsizlik Şurasının tərkibində də qalacaq.

Strateq.az