XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

12 Avqust 2016 - 19:46

Medvedevdən xəbərdarlıq:"Ukrayna ilə əlaqələr dayandırıla bilər"

Medved

 Rusiya baş naziri Dmitrii Medvedev Krımda baş verən hadisə ilə bağlı ölkəsinin Ukrayna ilə diplomatik münasibətləri dayandıracağını istisna etməyib.

“RİA Novosti”nin verdiyi məlumata görə, bir zamanlar Gürcüstanla Rusiya arasında diplomatik əlaqələrin dayandırıldığını xatırladan D. Medvedev deyib ki, Ukrayna ilə belə halın yaşamasını istəmir.

Bununla belə, D. Medvedev bildirib ki, əgər vəziyyətə təsir etmək üçün başqa variant qalmasa, dövlətin xarici siyasətini həyata keçirən Rusiya prezidenti belə bir qərar qəbul edə bilər: “Krımda terror aktına cəhd Rusiya dövlətinə və xalqına qarşı cinayətdir. Ukrayna hakimiyyəti belə bir əmələ əl atmaqla, Ukrayna xalqının diqqətini daxili problemlərdən yayındırmağa cəhd edir”.

Qeyd edək ki, “İzvestiya” qəzeti Rusiya xarici siyasət idarəsindən olan mənbəyə istinadən yazıb ki, Moskva Ukrayna kəşfiyyatının Krımda təxribat cəhdinə cavab olaraq iki ölkə arasında diplomatik münasibətləri pozmaq variantını nəzərdən keçirir. Yazıda qeyd edilib ki, rəsmi Moskva Kiyevdəki səfirliyini bağlaya və bütün diplomatları geri çağıra bilər.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya Federal Təhlükəsizlik Xidməti Ukrayna Müdafiə Nazirliyi kəşfiyyatının Krımda təxribat törətmək cəhdi barədə məlumat yayıb. Cəhdin qarşısı alınarkən iki rusiyalı hərbçinin öldüyü bildirilir.

Rusiyanın maraqlarını Ukraynada müvəqqəti işlər vəkili Sergey Toropov təmsil edir.

APA