ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton «altılıq» ölkələrinin İranla anlaşmasına qarşı çıxıb.
Strateq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Klinton İranın razılaşmaya əməl edəcəyinə qətiyyən inanmadığını bildirib: «İrana inanırammı? Qətiyyən. Respublikaçılar arasında hörmət etdiyim şəxslər var ki, bu anlaşmanın səhv addım olduğunu deyirlər. Düşünürlər ki, İran qarşı tərəfi aldadacaq. Mənə elə gəlir ki, bu, hörmətəlayiq arqumentdir».
Qeyd edək ki, ABŞ-da respublikaçılar əvvəldən bu anlaşmanın əleyhinə olublar. Dünya ölkələri arasında isə nüvə anlaşmasına açıq şəkildə qarşı çıxan İsrail olub. ölkənin baş naziri Binyamin Netanyahu məlum razılaşmanı böyük tarixi səhv adlandırıb. Baş nazirin fikrincə, İran bu anlaşma sayəsində milyonlarla dollar nağd pul qazanacaq və bu puldan terroru dəstəkləmək üçün istifadə edəcək.