XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 August 2016 - 21:10

Türkiyə Gülən məsələsindəABŞ-a güzəştə getməyəcək

Binali875

"Ankara ABŞ-da yaşayan ruhani Fethullah Gülenin ekstradisiya məsələsində güzəştə getməyəcək". Bu barədə Türkiyənin baş naziri bəyan edib.

Jurnalistlərlə görüşən Binalı Yıldırım avqustun 24 -də Türkiyəyə ABŞ vitse-prezidenti Co Baydenin in səfər edəcəyini açıqlayıb .

Türkiyə Baş nazirinin dediyinə görə, əsasən Fətullah Gülənin ekstradisiyası tələbinə dair ABŞ-ın münasibəti daha müsbətdir: "ABŞ bizim tələblərimizi qulaq ardına vura bilməz. Aydındır ki, baş tutmayan çevriliş cəhdi arxasında FETÖ durub”. 

Yıldırımın sözlərinə görə F.Gülənin ekstradisiyası Türkiyə ilə ABŞ arasında münasibətləri yaxşılaşdıra bilər.

Qeyd edək ki, avqust ayının əvvəlində Türkiyədə  Gülenin həbsinə order verilibb.  Gülən  15 iyul çevriliş cəhdində əli olduğu barədə iddiaları rədd edir. 

Strateq.az