XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 August 2016 - 22:00

“Mən niyə onu satmalıyam?!” –Əli Abbasov mülklərindən danışdı

eli_abbasov

Sabiq Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov mülklərini satışa çıxarması haqda yayılan məlumatlara reaksiya verib.

Xatırladaq ki, məlumatda keçmiş nazirin Bakı şəhərinin müxtəlif yerlərində özünə və oğluna məxsus mülkləri təcili satışa çıxardığı, hətta mülklərin dəyərindən çox aşağı qiymətə satıldığı bildirilirdi.

Yayılan məlumatla bağlı Bizimyol.info saytının əməkdaşı keçmiş nazir Əli Abbasovla əlaqə saxlayıb. O, sayta açıqlamasında yayılan məlumatların yalan olduğunu bildirib.

"Belə məlumatlar hardan qaynaqlanır, bilmirəm. Mənim elə mülklərim yoxdur ki, onları satışa çıxardım. Hansısa qəzet və sayt mənim adıma mülk qoşmasın. Hamı kimi mənim də evim var. Mən niyə onu satmalıyam?!

 Bu gün mənimdi, sabah da övladlarım, nəvələrim yaşayacaq bu evdə. Mən, hazırda elmi işlərlə məşğulam. Belə məlumatlar tamamən yalandır”.

Qeyd edək ki, Əli Abbasov MTN işi ilə bağlı məlumatlar ortaya çıxdıqdan sonra, ötən il noyabr ayının 12-də Prezident İlham Əliyev tərəfindən Rabitə və Yüksək Texnologiyalar naziri vəzifəsindən azad edilib.