XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 August 2016 - 22:23

“Putin 3 dəfə bizə “arxanızda mən varam” dedi” –Naki Qaraaslan

Vladimir Putin

"Rusiya Prezidenti Vladimir Putin qapalı iclasda bizdən 3 dəfə problemimizin olub-olmadığını soruşdu".

Bu sözləri Rusiya-Türkiyə İş Adamları Birliyinin rəhbəri Naki Qaraaslan bildirib.

Putinlə keçirilən qapalı iclasdan danışan Qaraaslan görüşün çox isti məcrada keçdiyini qeyd edib:

"Cənab Putin bizi çox isti qarşıladı. Qapalı iclasda bizə dedi: "İki dost ölkə öz münasibətlərini üçüncü ölkələrə həvalə etmədən həll edə bilər".

Putin 3 dəfə bizlərə baxaraq soruşdu: "Bir probleminiz varmı? Probleminiz olduğu zaman unutmayın, arxanızda mən varam. Bu təminat ilə işlərinizi və sərmayələrinizi görün". Cənab Prezidentimiz də rus iş adamlarına eyni sözləri dedi".

Axar.az