Son illər çox nadir hallarda publika qarşısına çıxan keçmiş Kuba lideri Fidel Kastro özünün 90 illik yubiley tədbirinə qatılıb.
Yubiley tədbiri paytaxt Havannada, Karl Marks adına teatrda keçirilib. Fidel Kastro tədbirə hazırda Kuba prezidenti postunu tutan qardaşı Raul Kastro ilə gəlib. Tərbirdə onların dostu Venesuela prezidenti Nikolas Maduro da iştirak edib.
Tədbir vaxtı Kastro kreslodan heç qalxmayıb.
Səhnədə Komandantenin bioqrafiyasının müxtəif məqamlarını əks etdirən səhnəciklər göstərilib.
Strateq.az