İngiltərənin futbol üzrə yığma komandasının keçmiş kapitanı verdiyi sözə əməl edərək BBC-də yayımlanan "Günün matçı" proqramına yalnız alt tumanda çıxıb.
Harri Linker vəd etmişdi ki, onun doğma klubu "Lester Siti" çempionluq əldə etsə efirə aparıcı kimi yalnız alt tuman geyinərək çıxacaq.
2015-ci il dekabrda "Lester Siti" gözlənilmədən ötən mövüsümün çempionu "Çelsi" komandasını 2:1 məğlub etmişdi.
Bundan sonra məhşur forvard Tvitter sosial şəbəkəsində "Lester Premyer-Liqada qalib gəlsə, mən növbəti mövsümdə "Günün matçı" proqramının ilk buraxılışını alt tumanda aparacağam" – yazmışdı.
Mövsümün nəticələrinə görə "Lester" ən yaxın rəqibi "Arsenal"ı 10 xal qabaqlayaraq ilk yeri tutmuşdu.
Linker deyib ki, bu barədə Tvitterdə yazanda "Lester"in heç bir şansı olmayıb və komandanın qalib gəlməsi möcüzə sayıla bilər.
Efirə alt tumanda çıxan Linker ciddi görkəmini saxlamağa müvəffəq olsa da, dəvət olunan ekspertlər Alan Şirer və İan Rayt özlərini gülməkdən saxlaya bilməyiblər.
Bir müddət bu vəziyyətdə verilişi aparan Linker sonradan "boş işlərlə məşğul olduğumuz bəsdir" – deyərək, studiyanı tərk edib və geyinərək efirə qayıdıb.
Strateq.az