XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 August 2016 - 15:49

Radikal Boko Haram qrupununoğurladığı  qızların videosu yayılıb

Boko-Haram-Qizlar

Nigeriyada radikal Boko Haram qrupunun oğurladığı  ehtimal edilən qızları göstərən yeni video yayılıb 

Videoda qiyamçıların arxasında dayanmış təxminən 50 qızın şərtlə azad ediləcəyi deyilir. Əsas şərt, Boko Haram döyüşçülərinin geri qaytarılmasıdr. Ölkənin şimalında yerləşən Çibok şəhərinə hücum zamanı qrup 276 qızı əsir tutub, onlardan 219 nəfəri hələ də azad edilməyib.

Bu görüntülər qızların əsir götürülməsindən bəri üçüncü videodur. Görüntülərdə çiynindən silah asılmış bir döyüşçünün qızlardan biri ilə müsahibə etdiyi səhnələşdirilib. Qız özünü Maida Yakubu adlandırır və deyir ki, o çibokludur. Qız videoda hökümətə xitab edir ki, Boko Haram döyüşçüləri azad edilsin: "Valideynlərimiz ürəklərinə inanaraq hökümətlə danışmalıdır ki, biz evlərimizə qayıdaq". 

Arxa fonda dayanmış bir qızın qucağında işə körpə var. Ehtimallara görə, Boko Haramın əsir götürdüyü qızlar seksual zorakılığa və döyüşçülərlə məcburi evlənməyə məruz qalıb.

Başqa bir səhnədə isə yerdə cəsədlər göstərilir. Qrup iddia edir ki, cəsədlər hökümətin hava hücumları zamanı öldürdüyü qızlara aiddir. Özünü İslam Dövləti adlandıran qrupa sadiqlik andı içmiş Boko Haram illərdir Nigeriyanın şimal hissəsində dini dövlət yaratmaq istəyi ilə üsyan edir.

Boko Haram sözünün tərcüməsi "qərb təhsili qadağandır" mənasını verir. Bu illər ərzində minlərlə insan Boko Haram tərəfindən öldürülüb və ya əsir alınıb.

BBC