Dünya mətbuatı Səudiyyə Ərəbistanının İranla «altılıq» ölkələri arasındakı nüvə anlaşmasına münasibətini maraqla gözləyirdi.
çünki Səudiyyə ilə İran arasında onsuz da isti olmayan münasibətlər Yəmənlə bağlı son böhrandan sonra bir qədər də pisləşmişdi. Yəməndə münaqişə başlayandan bəri hər iki tərəf aramsız olaraq bir-birini ittiham edir. Səudiyyə rəsmi Tehranı Yəmənin qanuni hökumətinə qarşı çıxan husilərə silah və maliyyə dəstəyi verməkdə suçlayır. İran da koalisiya qüvvələrinə rəhbərlik edən Səudiyyə krallığını Yəməndə qan tökməkdə günahlandırır. Nəhayət, Səudiyyə Ərəbistanından məlum anlaşmaya dair açıqlama gəlib.
Strateq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkənin xarici işlər naziri Adel əl-Cubeyr nüvə anlaşmasını şərh edərkən İrana hədə tonlu ultimatum göndərib. Nazir bildirib ki, İranla mübarizə aparmağa hazırdılar: «ümid edirik ki, saziş icra olunarsa, İran bundan yalnız öz iqtisadiyyatını gücləndirmək üçün istifadə edəcək. Və regionda hər hansı riskli addımlar atmayacaq. Əgər İran regionda problemlər yaratmağa cəhd etsə, biz qətiyyətli şəkildə müqavimət göstərəcəyik».
Strateq.az