Bu gün "Rio"da 75 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan güləşçisi Elvin Mürsəliyev qalib gəlib.
Strateq.az xəbər verir ki, idmançımız 1/8 finala mərhələsində Qazaxıstan güləşçisi Doshan Kartikovu udub. Elvin Mürsəliyevlə yanaşı, 59 kiloqram çəki dərəcəsində döşək üzərinə çıxan digr güləşçimiz Rövşən Bayramov da 1/8 finaldakı rəqibi Venesuela güləşçisi Rayber Xose Rodrigez Orozkoya qalib gələrək, 1/4 final mərhələsinə adlayıb.