XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 August 2016 - 23:46

“Gürcü arzusu” rusiyameyilli  partiyanıseçkilərdən uzaqlaşdırmağa çalışır

Gurcustan-16

Gürcüstanın hakim partiyası "Gürcü arzusu"  bu həftə rusiyameyilli  Mərkəzçilər Partiyasının fəaliyyətinin dayandırılması üçün Konstitusiya Məhkəməsinə müraciət etmək niyyətindədir. "Gürcü arzusu"nun parlamentdəki fraksiyasının rəhbəri Georgi Volski bildirib ki, buna səbəb Mərkəzçilər Partiyasının ölkənin suverenliyini zərbə altına qoyan fəaliyyətdir.

Tbilisi şəhər məhkəməsi şənbə günü partiyanın seçkilərdə iştirakına qadağa qoyulması barədə iddianı rədd edib. Mərkəzçilər Partiyası 8 oktyabrda Gürcüstanda keçiriləcək parlament seçkilərində qalib gəldiyi halda ölkə vətəndaşlarına 400 lari (175 ABŞ dolları) "Rusiya pensiyaları"nın veriləcəyini, Rusiya ilə viza rejiminin  ləğv olunacağını, Avrasiya İttifaqına üzvlüyü və rus hərbçilərinin ölkədə yerləşdiriləcəyini vəd edir.

Mərkəzçilər Partiyasının Gürcüstanın İctimai Televiziyasında efirə verilən reklam çarxı ciddi etirazlara səbəb olub. Kanal artıq video-çarxın yayımının dayandırılması barədə qərar qəbul edib.  Ölkənin baş naziri Georgi Kivrikaşvili kanalın bu qərarını dəstəklədiyini açıqlayıb.


Qeyd edək ki, Mərkəzçilər Partiyasının sədri Vladimir Bedukadze  Gürcüstan həbsxanalarında işgəncələrlə bağlı 2012-ci ildə yayılan video-çarxın müəllifidir.  O, Mixail Saakaşvilinin partiyasının seçkilərdə uduzmasında əsas rollardan birini oynamışdı.

Strateq.az