XƏBƏR LENTİ

28 May 2020

Digər Xəbərlər

15 Avqust 2016 - 13:57

Ədalət Partiyasından Natiq Cəfərliyə dəstək:“Həbs siyasi motivlidir”

ayaz

"“ReAl” hərəkatının sədr müavini Natiq Cəfərlini Respublikada məmur və deputat ordusunun qeyri-qanuni sahibkarlıqla məşqul olduğu, korrupsiyanın, bütün sahələrdə monopoliyanın mövcud olduğu bir məmləkətdə "yalançı sahibkarlıq" maddəsilə cinayət məsuliyyətinə cəlb edilməsi absurddur və siyasi xarakter daşıyır”.

Bu sözləri Ədalət Partiyasının funksioneri Ayaz Əfəndiyev Strateq.az-a həbslə bağlı mövqeyini açıqlarkən, bildirib.

Onun fikrincə, Natiq Cəfərli son zamanlar əhalinin sosial məşğulluq məsələlərini araşdırıb ictimailəşdirdiyi, Konstitusiyaya dəyişikliklərlə bağlı referendumun əleyhinə müqavimət hərəkatı yaratdığı və imzatoplama prosesinə start verdiyi üçün  həbs olunub: “Biz, partiya olaraq, insanların siyasi mövqeyinə görə təqib olunmasını və bu işdə məhkəmə və digər hüquq mühafizə orqanlarından alət olaraq istifadə edilməsini hüquqi dövlət prinsiplərinə zidd addım kimi pisləyirik. Hesab edirik ki, mövcud hakimiyyət yaranmış çətin vəziyyətdə vətəndaşlarını əzmək, siyasi rəqiblərinə zorakılıq etmək yolundan əl çəkməli, problemlərin nəticələrilə yox, səbəblərilə mübarizə aparmalıdır”-Ayaz Əfəndiyev belə deyir.