XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 August 2016 - 16:08

Ərdoğanı əməliyyat masasında öldürmək istəyirmişlər-İddia

erdogan_1

 

Ərdoğan daha əvvəl də FETÖ-çülər tərəfindən əməliyyat masasında öldürülə bilərmiş. Onu son anda əməliyyatdan imtina etməsi qurtarıb.

Strateq.az xəbər verir ki, bu iddanı bir zamanlar təşkilatın hərbi sistemdəki imamı Hüseyn Sarıçiçək irəli sürüb.

17-25 dekabr 2013-cü il çevriliş cəhdindən sonra etirafçı olub təşkilata aid 200-ə yaxın gizli məlumat, sənəd, şəkil və səs yazmasını İzmir Respublika Baş prokurorluğuna təslim edən Hüseyn Sarıçiçək hadisəni bu cür nəql edib:

"7 fevral MİT böhranının yaşandığı gün idi. Fətullah Gülənə ən yaxın 6 nəfərlik gizli heyətdə olan Ege bölgə imamı Necdət İçel məni axtardı, avtovağzalda bir polkovniki götürüb onun Torbalıdaki bağ evinə gətirməyimi tapşırdı. Mən də tapşırığı yerinə yetirdim. Bağ evinə girərkən Necdət İçelin qışqıraraq, həyətə atıldığını və yanındakı  təhlükəsizlik müdirinə hücum çəkdiyini gördüm. İcel öz-özünə donquldanırdı: 'Əməliyyata necə girməz? Allah öldürsün, haradan oyandı bu adam? Necə ölmür?'.

Ardından o dövrdə baş nazir olan Ərdoğanın İstanbulda girəcəyi bir əməliyyatdan son anda imtina etdiyini öyrəndim. Təşkilatın həmin gün Ərdoğanı əməliyyat masasında öldürəcəklərini anladım. Necdət İcel 7 fevral və 17-25 dekabrdan əvvəl Amerikaya gedib gəlmişdi”.