XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 August 2016 - 16:33

İranda yeni tədris ilində yenilik:Azərbaycan türkcəsi də öyrədiləcək

 

iran-okul

İranda sentyabr ayında başlayacaq yeni tədris ilində universitetlərdə tələbələrə Azərbaycan türkcəsi və kürdcə də rəsmən öyrədiləcək.

Strateq.az xəbər verir ki, İranın ali məktəblərə girişləri təşkil edən Ölçmə və Qiymətləndirmə Qurumu (İranın TDQK) bu məlumatı yayıb.

Məlumata görə, yeni akademik ildə bu dillərin universitet və ali məktəblərdə bu dillərin tədrisi könüllülük əsasında olacaq. Yəni kim istəsə, bu dilləri öyrənə biləcək.

Qeyd edək ki, bir neçə ay bundan əvvəl İran prezidenti bu müjdəni vermişdi. Həsən Ruhaninin mədəni islahat kimi təqdim etdiyi bu vədi İranın 1979-cü ildə qəbul olunan konstitusiyasının 15-ci maddəsinə əsaslanır. Bu maddəyə görə, ölkənin rəsmi dili farsca olsa da,  onunla yanaşı, digər yerli dillərin öyrənilməsinə də icazə verilir.