XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 July 2015 - 10:35

Səudiyyə Ərəbistanından sürpriz – Ər-Riyad “Həmas”la yaxınlaşır

Meshel.jpg

İranın Qərb ölkələri ilə nüvə anlaşmasının ilk təsirləri artıq bütün dnüyada müşahidə olunur. Bu anlaşmanın ardından uzun illərdən sonra “Həmas” hərəkatı ilə Səudiyyə Ərəbistanı arasında əlaqələrin bərpa olunması istiqamətində ilk addım atılması diqqətçəkən məqamlardandır.

“Həmas”ın lideri Xalid Məşəlin Səudiyyə Ərəbistanı kralı Salmanla görüşməsi doğurdan da Yaxın Şərqdəki prosesləri izləyənlər üçün sürpriz və sensasiya sayıla bilər.

Məşəllə kral Salmanının görüşü ilə bağlı “Həmas” tərəfindən məlumat yayılıb.

Məlumatda bildirilir ki, Ər-Riyyada baş tutan danışıqlarda fələstinlilər arasında birilik və bütövlüyün təmin olunması, bölgədəki siyası proseslər müzakirə olunub.

Müşahidəçilər qeyd edirlər ki, kral Abdullanın hakimiyyəti illərində Səudiyyə Ərəbistanı “Müsəlman qardaşları” ilə yaxın mnüsibətləri olan “Həmas” dan məsafə saxlamağa çalışırdı.

İranın Qərb ölkələri ilə analaşmasından sonra Ər-Riyad üçün “Həmas”la yaxşı münasibətlərin qurulması ön plana çıxıb.

Strateq.az