XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 July 2015 - 13:51

Prezident İlham Əliyev nazirə tapşırıq verdi – Sərəncam

Azərbaycan prezidenti İlham Əliyev “Dini tarix və mədəniyyət abidələrinin bərpasına dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, sərəncama əsasən Azərbaycanda dini tarix və mədəniyyət abidələrinin bərpasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3,0 (üç) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.