XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

15 Avqust 2016 - 21:51

“Rio-2016”-da Azərbaycanadaha bir medal gələcək

Kamran-Shahsuvarli

Kamran Şahsuvarlının yarımfinal mərhələsindəki rəqibi müəyyənləşib. Boksçumuz növbəti mərhələdə dünya çempionu, kubalı Arlen Lopes ilə döyüşəcək.

Qarşılaşma avqustun 18-də saat 22:00-da başlayacaq.

“Rio-2016” Olimpiya Oyunlarının boks yarışlarında Kamran Şahsuvarlı (75 kq) yarımfinal mərhələsinə adlayıb.

AZƏRTAC xəbər verir ki, əvvəlki iki görüşündə Zao Minqqanq (Çin) və Artyom Çebotaryovu (Rusiya) mübarizədən kənarlaşdıran boksçumuz dörddəbir finalda qazaxıstanlı boksçu – dünya çempionu Janibek Alimxanlı ilə üz-üzə gəlib. Döyüşdə rəqibinə 2:1 hesabı ilə qalib gələn K.Şahsuvarlı yarımfinal mərhələsinə adlamaqla ən azı bürünc medalı təmin edib.

Bu il Bakıda təşkil olunan “Böyük İpək Yolu” turnirinin qalibi olan boksçumuz Rio Olimpiadasına lisenziyanı ölkəmizdə keçirilən boks üzrə dünya Olimpiya təsnifat turnirində təmin edib.