XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 August 2016 - 09:29

Manat yenə ucuzlaşır-Bugünkü məzənnə

Manat 50

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 15-i ilə müqayisədə 0,14% möhkəmlənərək 1,6124 manat təşkil edib.

Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,5% bahalaşaraq 1,8057 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl da 0,8% bahalaşaraq 0,0251 manat səviyyəsinə yüksəlib.

Türkiyə lirəsinin məzənnəsi 0,79% möhkəmlənərək 0,5482 manat olub.

 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0807 manatdır. Beləliklə, funt sterlinq 0,01%-lik ucuzlaşma nümayiş etdirib.

 

Gürcüstan larisinin məzənnəsi 0,83% artaraq 0,6908 manat təşkil edib.