Amerika fond bazarında Dow Jones indeksi 0,32% – 18 636,05 bəndədək, S&P 500 0,28% – 2 190,15 bəndədək, NASDAQ 0,56% – 5 262,02 bəndədək artıb.
"APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,36% – 6 941,19 bəndədək artıb, Almaniya DAX-ı 0,24% – 10 739,21 bəndədək bahalaşıb, Fransa CAC-40-ı 0,05% – 4 497,86 bəndədək ucuzlaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 2,80 dollar bahalaşaraq 1 350,30 dollara, gümüş isə 0,06 dollar bahalaşaraq 19,91 dollara satılıb.