XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 August 2016 - 10:09

Donald Trampın seçki menecerininYanukoviçdən nəğd pul aldığı iddia olunur

tramp-44

ABŞ prezidentliyinə namizəd Donald Trampın seçki komandası  yenidən qalmaqalla gündəmə gəlib. Bu dəfə mövzu Trampın seçki  kampaniyasının meneceri Pol Manarfort və Ukraynanın rusiyapərəst sabiq prezidenti arasındakı əlaqələrin detallarına dair araşdırmadır.

The New York Times qəzetinin dərc etdiyi araşdırma Ukraynada Manaforta 12.7 milyon dollar nəğd pul verilməsini göstərən hesabat gündəliyini üzə çıxarıb.

Trampın kampaniya meneceri Manafort 2014-cü ildə Rusiya tərəfdarı prezident hakimiyyətdən devrilməmişdən əvvəl uzun illər prezident Viktor Yanukoviç və onun Regionlar Partiyasının konsultantı kimi çalışıb.

Qəzetin məlumatına görə, ukraynalı təhqiqatçılar Manafortun gündəlikdə göstərilən məbləği əldə edib-etməməsi barədə məlumatlı olmasa da, inanırlar ki, onlar "qeyri-qanuni maliyyə sisteminin" tərkib hissəsidir.

Manafort Ukraynada çalışarkən nəğd maliyyə əldə etməsini təkzib edib. MNSBC bildirir ki, o, açıqladığı bəyanatda ittihamları "əsassız, axmaq və mənasız" adlandırıb.

"Mən heç zaman New York Times -ın bildirdiyi kimi qanundan kənar maliyyə əldə etməmişəm. Mən hətta heç zaman Ukrayna və Rusiya hökumətinə də çalışmamışam",  – deyə Manafort bildirib.

Manafort ""əcnəbi kampaniya"da "kampaniya professionalı" kimi çalışdığını və Ukraynadakı fəaliyyətini 2014-cü ildə başa vurduğunu etiraf edib

Trampın rəqibi Demokrat Partiyasından prezidentliyə namizəd Hillari Klintonun kampaniyası bu iddiaların Trampın rusiyapərəst bağlantılarını təsdiq etdiyini dilə gətirib.

"Amerikanın səsi"