XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

17 İyul 2015 - 17:13

Barak Obama: “Tənqid etməzdən əvvəl sazişin mətnini oxuyun!”

ABŞ prezidenti Barak Obama İranla “altılıqlar” arasında bağlanan nüvə sazişiylə əlaqədar yenidən öz fikirlərini açıqlayıb. Streteq.az-ın bildirdiyinə görə, o, Ağ Evdə təşkil etdiyi mətbuat konfransında müttəfiqlərinin bəzi şübhələrinə də aydınlıq gətirib. Qeyd edək ki, əsasən İsrail, Səudiyyə Ərəbistanı və ABŞ konqresinin respublikaçı üzvləri sənədi “təslimiyyətçi saziş” kimi qəbul edir, onun ləğvinə çalışırlar.

Mətbuat konfransında əleyhdarlarının mövqeyini tənqid edən Obama bir suala cavab verərkən, razılaşmanın yalnız İranın nüvə proqramıyla bağlı olduğunu, İranla diplomatik əlaqələrin bərpa edilmədiyini xatırladıb. ABŞ lideri İranla təması yenə də məhdud ölçüdə davam etdirəcəklərini deyərək, İsrailin, körfəz ölkələrinin və bölgədəki digər müttəfiqlərin təhlükəsizliyini həmişə göz önündə saxlayacaqlarını bildirib.

Prezident sazişin ABŞ-ın maraqlaraına cavab vermədiyini deyənləri də tənqid edib:

“öz milli və İsrailin təhlükəsizliyi baxımından tarixi bir səhv etdiyimiz deyilir, lakin bu fikir sahibləri alternativ təklif irəli sürmürlər. Əgər dünyanın 99%-i və nüvə mütəxəssisləri bu anlaşmaya İranın nüvə gücünü zəiflədən bir sənəd kimi baxırsa, tənqid edənlərin daha yaxşı bir alternativ planla qarşımıza çıxması lazımdır. Mahiyyət etibarilə qarşımızda iki alternativ var: ya bu məsələni anlaşma masasında həll etmək, ya da döyüşərək İranın nüvə gücünü əlindən almaq. Tənqid edənlər isə, yalnız 'daha yaxşı bir saziş imzalaya bilərdik' deyirlər, lakin bunun necə olmasının detallarını göstərmirlər.

Tənqidçilərə səslənən Obama “sazişi şərh etmədən əvvəl gedib onun mətnini oxuyun, sonra nəyə qarşı çıxdığınızı bildirin” deyib.

Juranilstlər Obamaya Binyamin Netanyahunun iradını çatdırıblar. Qeyd edək ki, çıxışlarının birində İsrailin baş naziri beynəlxalq qurumların nüvə sahələrində araşdırma aparılması istəyinə Tehranın 24 gün ərzində cavab vermək haqqı olduğunu demiş və buna görə sazişi tənqid atəşinə tutmuşdu. Obama isə onun bu fikirlərini təkzib edərək məsələyə belə aydınlıq gətirib:

“İranın nüvə təsisləri 7 gün 24 saat nəzarət altında olacaq. Əgər İranın gizli bir şəkildə bu məkanlarda nüvə fəaliyyətini davam etdirdiyi aydın olarsa, bunu çox dəqiq bir şəkildə deyirəm: beynəlxalq faktorları hərəkətə gətirib bu planı pozmaq gücünə sahibik. “

Suriya prezidenti Bəşər Əsədin “Razılaşmanın İran üçün bir zəfərdir” fikrinə münasibətini açıqlayan Obama bunu qarşı tərəfin siyasi təbliğatının təzahürü kimi qiymətləndirib:

Həqiqət isə bundan ibarətdir ki , razılaşma İranın uran potensialına zərbə vurmuşdur və gizli nüvə obyektlərinin fəaliyyətlərini dayandırmışdır. Gerçək hər zaman birdir, bu mövzuda özgələrin nə dediyini əhəmiyyətsiz hesab edirəm. Razılaşma mətni konqresmenlərin müzakirəsinə verildiyi zaman, ümidim budur ki, bütün qərəzlər bir tərəfə buraxılacaq, yalnız maddələrin mahiyyəti diqqət mərkəzinə alınacaq, lobbilərin təsirindən sıyrılıb, ABŞ-ın mənafeləri göz önündə tutulmaqla razılaşma mətni qəbul ediləcəkdir. “